Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Lənkəranda keçirilən xeyriyyə aksiyasında 300-dən çox xəstə müayinə olunub

02 Aprel 2018
Mərkəzi Gömrük Hospitalının Lənkəranda keçirdiyi xeyriyyə aksiyasında 300-dən çox xəstə müayinə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hospitalın 20-yə yaxın yüksəkixtisaslı, peşəkar kardioloq, dermatoloq, uşaq cərrahı, təcrübəli tibb bacılarından ibarət həkim briqadasının üzvləri müayinə etdiyi xəstələrə məsləhətlər verib, müalicələr təyin ediblər.

Hospitalın kardiologiya şöbəsinin rəhbəri Ülvi Mirzəyev Azərbaycan Prezidentinin göstərişi ilə respublikamızın hər yerində əhalinin pulsuz müayinədən keçirildiyini, çalışdığı tibb kollektivinin də bu nəcib aksiyaya qoşularaq ikinci dəfə Lənkəran şəhərində sakinlər üçün pulsuz müayinə təşkil etdiyini bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bu xeyirxah aksiyaya dəstək verildiyini, müayinələrin aparılması üçün şəhərdəki Medican Hospitalda hər cür şəraitin yaradıldığını vurğulayan Ü.Mirzəyev əvvəlki aksiyadan fərqli olaraq bu dəfə həkim briqadasına göz, dəri xəstəlikləri və uşaq cərrahiyyəsi üzrə təcrübəli həkimlərin cəlb edildiyini diqqətə çatdırıb.