Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəmkirdə əhalinin pulsuz tibbi müayinəsi yüksək səviyyədə təşkil olunub

01 Aprel 2018
 

 

Şəmkir rayonunun bütün tibb müəssisələrində olduğu kimi, Düyərli kəndində də Prezident İlham Əliyevin vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası uğurla davam edir.

Düyərli kənd xəstəxanasının baş həkimi Nizami Heydərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək kənd sakinlərinin 3290 nəfəri tibbi müayinədən keçib.

Bildirilib ki, keçirilən operativ tədbirlər, xüsusən də müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı, eləcə də rayon əhalisi arasında təşkilati-izahat işi aparılması nəticəsində heç bir sakin bu aksiyadan kənarda qalmayacaq.