Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnsan bədənində yeni orqan aşkar edilib

30 Mart 2018
Nyu-York Universitetinin alimləri tədqiqat zamanı yeni orqan aşkar ediblər. Bədəndə amortizator funksiyasını yerinə yetirən həmin orqan dəri altında maye ilə dolu şəbəkədir. Yeni orqanın kəşfi xərçəng hüceyrələrinin orqanizmdə çoxalma və yayılmasının öyrənilməsinə yardım göstərə bilər.

AZƏRTAC Rusiyanın Altapress.ru saytına istinadla xəbər verir ki, əvvəllər məlum olmayan struktur xəstənin öd kanallarının endoskopiyası zamanı aşkar edilib. Alimlər tor şəklində olan birləşdirici toxumalarda boşluqlar sistemini üzə çıxarıblar.

Dəri altındakı maye kimi də təsvir edilən sistem digər orqan və əzələ sistemi ilə əlaqədardır. Bir-biri ilə əlaqəli bölmələrdən ibarət olan orqanda hərəkət halında olan maye təbəqə yerləşib. Yeni orqanın həzm sistemi, ağciyər, sidik yolu, arteriya və damarlar, əzələ ətraflarını əhatə etdiyi bildirilir, bir hissəsi isə ürək, qan damarları və limfa düyünlərində yerləşir.

Alimlərin qənaətinə əsasən boşluqlar şişlərə və birləşdirici toxumanın böyüməsinə səbəb olur, həmçinin xərçəng şişlərinin inkişafına imkan yaradır.