Yorğunluğa səbəb olan hallar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yorğunluğa səbəb olan hallar

30 Mart 2018
 

Fəal və hərəkətli olmaq sağlam həyat tərzinin ən vacib şərtlərindən biridir. Gün ərzində daha çox hərəkət edənlərin oturaq həyat keçirənlərə nisbətən daha az yorulduğu sübut edilib.

AZƏRTAC xəbər verir ki, ən azı həftədə bir dəfə 20 dəqiqə idmanla məşğul olmaq əzələlərin gücünü və dözümlülüyün artırır, ürəyin işini stimullaşdırır, toxumalara oksigenin daşınmasını asanlaşdırır. Kifayət qədər maye içilmədikdə də orqanizmdə yorğunluq hissi əmələ gəlir. Az su içənlərin qanı laxtalanmaya daha meyillidir. Qanla laxtalanma səviyyəsi yüksək olanlar özlərini daim yorğun hiss edirlər.

Orqanizmdə dəmir çatışmazlığı halsızlıq, zəiflik və yorğunluq hissi yaradır. Dəmir çatışmazlığı olan xəstələrin orqan və toxumaları yetərincə oksigenlə qidalanmır. Səhərlər normal yeməyənlər, şirniyyat və ayaqüstü qidalara üstünlük verənlər də balanslaşdırılmamış və keyfiyyətli qidalanmadıqlarına görə gün boyu yorğun olurlar. Fasiləsiz iş rejimi, istirahətə vaxt ayırmamaq, hətta məzuniyyət vaxtında da işləmək yorğunluq yarada bilər.

Yatmazdan əvvəl smartfon telefona və ya kompüterə baxmaq da yorğunluğa səbəb olur. Gün ərzində həddindən çox kofe içmək yuxunu qaçırır, yuxu pozğunluğu isə xroniki yorğunluğa aparıb çıxarır.