Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BDU-da “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” mövzusunda müzakirələr aparılıb

29 Mart 2018
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” mövzusunda elmi-praktik konfrans keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültə dekanının müavini, dosent Sevinc Əliyeva konfransın Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq keçirildiyini bildirib.

Dekan, dosent Vüqar Zifəroğlu Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolundan danışıb.

Professor Şirməmməd Hüseynov Cümhuriyyətin yarandığı siyasi şəraitdən, onun fəaliyyəti dövründə həyata keçirilən islahatlardan bəhs edib. Alim böyük sənətkar Üzeyir bəy Hacıbəylinin “Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir” məşhur sözlərini xatırladıb.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil”, “Cümhuriyyət qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mübahisəli tarixi ərazilər” mövzularında məruzələr dinlənilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyətini vurğulayıb.