Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ alimləri yaddaşı möhkəmləndirən çip yaradıblar

29 Mart 2018
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşı möhkəmləndirən çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar.

AZƏRTAC yugopolis.ru saytına istinadla xəbər verir ki, alimlər tərəfindən layihələşdirilən xüsusi çip informasiyanın yadda saxlanması zamanı insan beyninin impulslarını “ələ keçirir”. Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyini təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.

Çip könüllülərin iştirakı ilə hazırlanıb. Onların hippokampına (beynin yaddaşa görə məsul sahəsi) elektrodlar implantasiya edilib. Alimlər elektrodların köməyi ilə sinir impulslarının istiqamətini müşahidə edərək xüsusi alqoritm yaratmağa nail olublar. Alqoritm bu və ya digər xatirələrə uyğun gələn sinir impulslarından istəniləni seçə, yaza və oxuya bilir.

Alimlər çipin hazırda geniş yayılmış alsqeymer, demensiya və digər xəstəliklər üzərində tamamilə qalib gəlməyə imkan verəcəyini düşünürlər.