Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

29 Mart 2018
Martın 29-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda Cinayət, İnzibati Xətalar, Vergi məcəllələrində, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.