Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

29 Mart 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan  Respublikasının Milli Məclisi  Azərbaycan  Respublikası Konstitusiyasının  94-cü  maddəsinin  I hissəsinin 16-cı bəndini  rəhbər  tutaraq, “Əmək  pensiyaları  haqqında”  Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər  edilməsi  barədə” Azərbaycan Respublikasının  2017-ci il  10 mart tarixli  543-VQD  nömrəli Qanununun tətbiqi  ilə  əlaqədar qərara alır:

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007, № 4, maddə 320, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078; 2008, № 6, maddə 470, № 7, maddə 608; 2010, № 7, maddə 590; 2011, № 4, maddə 266, № 11, maddə 982; 2012, № 6, maddə 521; 2014, № 2, maddə 84; 2015, № 5, maddə 491) 73.7-ci maddəsində “Pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Konstitusiya Məhkəməsinin” sözləri “Konstitusiya Məhkəməsinin hakiminin,” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2018-ci il