Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının 2009- cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

29 Mart 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 972; 2010, № 4, maddə 273, № 5, maddə 385; 2011, № 4, maddə 271; 2012, № 5, maddə 412, № 11, maddələr 1042, 1050; 2013, № 3, maddə 228, № 12, maddə 1468; 2016, № 6, maddə 985; 2017, № 7, maddə 1256, № 8, maddə 1508; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 838-VQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”nin 83-cü maddəsində “25 il qulluq etmiş işçilər” sözləri “35 il qulluq stajı olan miqrasiya işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2018-ci il