Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Nə gözəl yaraşır insana gülmək...”

28 Mart 2018
Gülüşün insan üçün faydalı olması çoxdan məlumdur. Lakin alimlər müntəzəm olaraq, gülüşün yeni-yeni müsbət təsirlərini müşahidə edirlər.

AZƏRTAC “7mednews” saytına istinadla xəbər verir ki, mütəxəssislər gülüşün səhhətimizə yaxşı kömək olan 5 faydalı təsirini elan ediblər.

 

Stressi azaldır

 

Gülüş əla antidepressantdır. Alimlər sübut ediblər ki, çox gülən insanlarda endorfin hormonu əmələ gəlir ki, bu da stressin orqanizmə təsirinin qarşısını alır.

 

Ağrıları yüngülləşdirir

 

Gülüş psixikaya yaxşı təsir göstərir. Həmçinin əqli və fiziki əməyin, məşqlərin səmərəliliyinin artırılmasına şərait yaradır. Bundan əlavə, gülüş ağrı təsirlərini azaldır.

 

Məmnuniyyət bəxş edir

 

Gülüş insanın sosial həyatına da müsbət təsir göstərir. Ətrafdakılar şən adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar. Çünki ünsiyyət insana xoşbəxtlik hissi yaşadır. Xoşbəxt insanlar isə daha az xəstələnir və ürək xəstəliklərindən daha az əziyyət çəkirlər.

 

Yaddaşı möhkəmləndirir

 

Bu yaxınlarda irimiqyaslı tədqiqat aparan bir qrup Amerika alimi belə nəticəyə gəlib ki, gülüş yaddaşı möhkəmləndirir. Maraqlıdır ki, əgər yaddasaxlama prosesində insan şəndirsə, bu zaman materialın daha asan mənimsənilməsi sübut edilib.

 

İmmuniteti artırır

 

İnanmaq çox çətindir, lakin gülüş kəskin respiratorlu virus infeksiyası, qrip və digər xəstəliklərin profilaktikasında əla vasitədir. Bunun səbəbi ondadır ki, gülüşün təsiri ilə əmələ gələn anticisimlər müxtəlif bakteriya və viruslara “hücum edir” və onların çoxalmasına, orqanizmin isə xəstələnməsinə imkan vermir.