Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib

25 Mart 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Bərdə rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi.