Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

23 Mart 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №7, maddə 484; 2001, №12, maddə 736; 2002, №6, maddə 328; 2005, №12, maddə 1093; 2008, №7, maddə 602; 2016, №4, maddə 649; 2017, №7, maddə 1283) 14-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə “ödənilməsi” sözündən sonra “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2018-ci il