Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Seçkilərin şəffaf keçirilməsində treninqlərin mühüm rolu var

14 Mart 2018
 

Martın 14-də 33, 34, 35, 36 saylı Xətai I, II, III, IV seçki dairələri dairə seçki komissiyalarında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, 11 aprel prezident seçkilərinə hazırlıq məqsədilə 34 saylı Xətai II seçki dairəsi dairə seçki komissiyasında təşkil olunmuş treninqdə komissiyanın katibi Teymur Quliyev məntəqə seçki komissiyalarının üzvlərinə Seçki Məcəlləsi və seçki günü həyata keçiriləcək proseslərlə bağlı məlumat verib. O bildirib ki, 34 saylı Xətai II seçki dairəsində 36 məntəqə və 43 min 427 seçici qeydə alınıb. Vurğulanıb ki, seçkilərin şəffaf keçirilməsində treninqlərin mühüm rolu var.

Yekun protokolun doldurulması və səslərin hesablanma qaydası komissiya üzvlərinə izah olunub və treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Həmçinin iştirakçılara “Seçki günündə məntəqə seçki komissiyasının rolu və vəzifəsi”, “Seçki günündə müstəsna hallar”, “Səsvermə proseduruna dair praktik tapşırıqlar”, “Səslərin hesablanmasına hazırlıq”, “Yekun protokolun doldurulması qaydası” və digər mövzularda məruzələr təqdim olunub.