Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Raket və artilleriya qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib

14 Mart 2018
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə ümumi rəhbərliyi həyata keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti raket və artilleriya qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirib və şəxsi heyətlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.