Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllı: kütləvi tibbi müayinədən 19 minə yaxın sakin yararlanıb

14 Mart 2018
 

İsmayıllı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir və artıq 18 min 778 nəfər bu humanist aksiyadan yararlanıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhalinin kütləvi pulsuz tibbi müayinəsi mərkəzi xəstəxana, poliklinika şöbəsi, uşaq poliklinikası, Lahıc qəsəbə və İvanovka kənd xəstəxanaları daxil olmaqla, 16 yerdə aparılır. Bu günədək müayinə olunanlardan 348 nəfər ambulator, 77 nəfər stasionar müalicəyə cəlb edilib, 19 nəfərin üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib. 35 nəfər Bakı şəhərinə - ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilib.

Aksiyanın mütəşəkkil başa çatması üçün mütəxəssislərdən və məsul şəxslərdən təşkil olunan komissiya və işçi qrupları hər gün yerlərdə olur, kampaniyanın gedişinə nəzarət edir, meydana çıxan problemlərin həlli üçün operativ tədbirlər görürlər.