Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Binəli Yıldırım: VI Qlobal Bakı Forumunda aktual məsələlər müzakirə olunacaq

14 Mart 2018
Altıncı Qlobal Bakı Forumunda bir sıra aktual məsələlər müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Baş naziri Binəli Yıldırım Forumda iştirak etmək üçün Azərbaycana səfərindən əvvəl Ankaradakı Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında söyləyib.

Türkiyənin regional əməkdaşlığın daha geniş formada davam etdirilməsində maraqlı olduğunu vurğulayan Baş nazir səfər çərçivəsində keçirəcəyi görüşlərin önəmini qeyd edib.

Binəli Yıldırım Türkiyə, Azərbaycan, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək dördtərəfli görüşünün əhəmiyyətini də vurğulayıb. O, Türkiyənin Qafqazda və Orta Asiyada sabitliyin qorunmasına böyük önəm verdiyini deyib.