Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məşhur fizik Stiven Hokinq 76 yaşında vəfat edib

14 Mart 2018
Məşhur britaniyalı fizik Stiven Hokinq Kembricdəki evində vəfat edib.

AZƏRTAC xəbər verir ki, “The Guardian” nəşrinin yaydığı məlumata görə, alimin övladları Robert, Timoti və Lyusi atalarının elmi irsinin uzun illər yaşayacağını, onun böyük alim və qeyri-adi insan olduğunu söyləyiblər.

Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1963-cü ildə ona amiotrofik skleroz diaqnozu qoyulub. Bundan 22 il sonra sətəlcəm olmuş alim daha sonra traxeostomiya keçirib və nəticədə danışmaq qabiliyyətini itirərək nitq sintezatorundan istifadə edib.

Məşhur fizik “Qara dəliklər və yeni kainatlar”, “Dünya iki kəlmə ilə”, “Zamanın ən qısa tarixi” və digər kitabların müəllifidir.