Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq festival çərçivəsində “Şüştər” və “Humayun” muğamları səsləndirilib

13 Mart 2018
Martın 13-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Muğam Festivalı çərçivəsində sonuncu muğam axşamı proqramı reallaşıb.

AZƏRTAC xəbər verir ki, konsertdə istedadlı xanəndələr Nisbət Sədrayevanın ifasında “Şüştər”, Məmməd Nəcəfovun ifasında isə “Humayun” muğamları səslənib. Onları “Muğam” instrumental ansamblı müşayiət edib. Konserti mədəniyyət, incəsənət, elm və ictimaiyyət nümayəndələri dinləyiblər.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına martın 14-də yekun vurulacaq.