Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Silahlı Qüvvələrin genişmiqyaslı təlimində ərazinin kəşfi aparılıb

13 Mart 2018
Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qisimlərinin rəisləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.