Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Premyer Liqası: “Keşlə” doğma meydanda “Qəbələ” ilə heç-heçə edib

13 Mart 2018
Martın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə “Keşlə” doğma meydanda “Qəbələ”ni qəbul edib.

Baş hakim Ömər Paşayevin idarə etdiyi matçın 32-ci dəqiqəsində Baqali Dabo “Qəbələ”ni hesabda önə çıxarıb. Birinci hissə bu hesab ilə başa çatıb – 1:0.

Fasilədən sonra hesab bərabərləşib. Matçın 59-cu dəqiqəsində Voislav Stankoviç avtoqola imza atıb - 1:1. Komandaların cəhdlərinə baxmayaraq qarşılaşmada qapılara başqa qol vurulmayıb.

Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bu görüşdən sonra “Qəbələ” 39 xalla turnir cədvəlində ikinci, “Keşlə” isə 16 xalla yeddinci pillədə qərarlaşıblar.

Martın 14-də isə "Neftçi” və “Qarabağ” klubları üz-üzə gələcəklər. Gününün digər qarşılaşmasında “Səbail” səfərdə “Zirə”nin qonağı olacaq. Turun sonuncu matçında isə “Sumqayıt” və “Kəpəz” klubları qarşılaşacaqlar.