Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Reks Tillerson ABŞ Dövlət Departamentinin rəhbəri postunu tərk edib

13 Mart 2018
ABŞ Prezidenti Donald Tramp Reks Tillersonun dövlət katibi postundan istefaya göndərildiyini elan edib. Onun yerini Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo tutacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Tramp Tillersona təşəkkürünü bildirib və Pompeonun yeni vəzifədə “fantastik işlər görəcəyinə” ümidvar olduğunu ifadə edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna isə bundan əvvəl Pompeonun müavini olan Cina Haspel təyin ediləcək. O, ABŞ tarixində bu vəzifəni tutacaq ilk qadın olacaq.

Xatırladaq ki, Reks Tillerson ötən ilin fevral ayından Dövlət Departamentinə rəhbərlik edirdi.