Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə Silahlı Qüvvələri Afrində strateji məntəqələri terrorçulardan təmizləyib

13 Mart 2018
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı çərçivəsində Afrin şəhərini azad etmək üçün bütün strateji məntəqələri terrorçulardan təmizləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahı rəsmi məlumat yayıb.

Bildirilir ki, aparılan əməliyyatlar sayəsində PKK/KCK/PYD-YPG terror qruplaşmaları ilə bərabər, İŞİD terrorçu təşkilatının da xeyli sayda tərəfdarı zərərsizləşdirilib. Martın 12-nə olan məlumata görə, yanvarın 20-dən başlanan proses nəticəsində 3393 terrorist zərərsizləşdirilib.