ABŞ Konqresinin Nümayəndələr Palatası Komitəsində olan respublikaçılar Trampın Rusiya ilə əlbir olmasına dair sübut tapmayıblar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ Konqresinin Nümayəndələr Palatası Komitəsində olan respublikaçılar Trampın Rusiya ilə əlbir olmasına dair sübut tapmayıblar

13 Mart 2018
Bazar ertəsi Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsində olan respublikaçılar belə bir nəticəyə gəliblər ki, Moskva 2016-cı il prezident seçkilərində Trampın qələbə qazanmasına yardım etmək üçün heç cür səy göstərməyib. Bu, ABŞ kəşfiyyat xidmətinə aid bəzi dövlət agentliklərinin rəyləri ilə ziddiyyət təşkil edir. Respublikaçılar, həmçinin Trampın seçkiqabağı kampaniyasının Rusiya ilə əlbir olmasına dair heç bir sübut tapmadıqlarını bildirib və komitənin tam bir il davam edən təhqiqatının bağlanmasını elan ediblər.

Komitədə çoxluq təşkil edən respublikaçıların son rəyi ehtimal ki, demokratlar tərəfindən rədd ediləcək və komitədə gərginliyi artıracaq. Respublikaçılar hazırladıqları 150 səhifəlik məruzəni çərşənbə axşamı demokratlara təqdim edəcəklər.

Respublikaçılar Partiyasının ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin bu iş üzrə təhqiqatının dayandırılması barədə qərarı xüsusi prokuror Robert Müllerin Rusiyanın prezident seçkilərinə müdaxilə etməsi barədə müstəqil təhqiqatının tezləşdirilməsi dövründə baş verir. Xatırladaq ki, Müllerin ofisi bu ilin fevralında Rusiyanın 13 vətəndaşına həmin işlə bağlı ittiham irəli sürüb.

 

AZƏRTAC