Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zərdabda indiyədək 11 min 167 nəfər pulsuz tibbi müayinədən faydalanıb

12 Mart 2018
Ölkəmizdə əhalinin növbəti kütləvi pulsuz tibbi müayinə aksiyası Zərdab rayonunda da uğurla davam edir.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu humanist aksiyadan rayon üzrə indiyədək 11 min 167 nəfər sakin faydalanıb. Onlardan 294 nəfəri ambulator, 14 nəfəri stasionar müalicəyə cəlb edilib. 19 nəfər isə ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib. 10 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Sakinlərin pulsuz tibbi müayinəsi ayrı-ayrı ixtisaslı həkimlərdən ibarət üç həkim komissiyası tərəfindən mərkəzi xəstəxananın poliklinika şöbəsində, Məlikli və Körpükənd kəndlərində aparılır. Səyyar həkim briqadası istər rayon mərkəzində, istərsə də kəndlərdə ahıl və xəstə sakinlərə evlərində xidmət göstərir.