Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb

12 Mart 2018
Martın 12-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq, regional münaqişələrin həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri deyib ki, müstəqil Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlığın inkişafına böyük önəm verir. İnkişaf edən Azərbaycan Avropa dəyərlərindən bəhrələnməklə yanaşı, vahid Avropa ailəsinə öz töhfəsini də verir.

Oqtay Əsədov Azərbaycanda həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycandakı inkişaf proseslərini yüksək dəyərləndirib.