“Tank” ləqəbli məşhur kikboksçumuz Almaniyada qələbə qazanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Tank” ləqəbli məşhur kikboksçumuz Almaniyada qələbə qazanıb

12 Mart 2018
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, dünya çempionu, nüfuzlu yarışların qalibi Xəyal Əhmədov Almaniyada beynəlxalq turnirdə qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, “Tank” ləqəbli idmançımızın rəqibi almaniyalı Bernd Sterrenberq olub. Rəqibinə heç bir şans verməyən X.Əhmədov turnirin qalibi olub.

Qeyd edək ki, X.Əhmədov bir sıra nüfuzlu beynəlxalq yarışların qalibidir.