Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan parlamentinin 100 illiyinə həsr edilən futbol turnirinin püşkatması olub

09 Mart 2018
Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turniri ilə bağlı püşkatma keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışacaq.

Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda Polşa və Türkiyə komandaları qərarlaşıb. Ukrayna komandası birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna komandası ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Martın 9-da saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Bu oyunun ardınca Polşa və Türkiyə komandaları qarşılaşacaq.