Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları başa çatıb

09 Mart 2018
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində 8 görüş baş tutub. Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Atletiko” doğma meydanda Moskva "Lokomotiv"ni qəbul edib.

Mərkəzi qarşılaşma San Siro stadionunda keçirilib. “Milan” London “Arsenalı”nı qəbul edib, “Salzburg” isə “Borussiya Dortmund”un qonağı olub. “Lazio” “Dinamo” ilə, “Marsel” isə “Atletik Bilbao” ilə münasibətlərinə aydınlıq gətirib.

Gün ərzində keçirilən qarşılaşmalar aşağıdakı kimi yekunlaşıb:

 

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:2

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 3:0

“Borussiya" D. (Almaniya) – “Zalsburq” (Avstriya) - 1:2

MOİK (Rusiya) – “Lion” (Fransa) - 0:1

"Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2

“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) - 2:1

“Marsel” (Fransa) – “Atletik” (İspaniya) - 3:1

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) - 2:0