Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir

08 Mart 2018
Martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər martın 10-dək davam edəcək.