Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yol polisi Bakıda nümunəvi xanım sürücüləri mükafatlandırıb

08 Mart 2018
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda qadın sürücüləri təbrik edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxt ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılıb, eyni zamanda, xanımların idarə etdikləri nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb.

Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh tədbiri seçilməyən xanım sürücülər “Nümunəvi xanım sürücü” kimi mükafatlandırılıblar.