Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paytaxtın 12 ünvanında bayram yarmarkaları açılıb

07 Mart 2018
8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar paytaxtda yarmarkalar təşkil edilib. Məqsəd əhalinin artan tələbatını lazımınca ödəmək və süni qiymət artımının qarşısını almaqdır.

AZƏRTAC xəbər verir ki, satış yarmarkaları əhalinin ən çox gediş-gəliş yerlərində, metro çıxışlarında təşkil edilib. Bu addım əhalinin rahatlığına hesablanıb. Yarmarkalarda Novruz bayramında istifadə edilən meyvə-tərəvəz, müxtəlif adda çərəzlər və bayram aksesuarları geniş çeşiddə təqdim edilir. Eyni zamanda, Beynəlxalq Qadınlar Günü münasibətilə güllərin, suvenirlərin, müxtəlif hədiyyələrin satışı da təşkil olunub. Zərurət yaranacağı təqdirdə yarmarkaların sayı artırılacaq.

Yarmarkalar Bakı Metropoliteninin “Azadlıq”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Nizami”, “28 May”, “Gənclik”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası”, “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” və “Koroğlu” stansiyalarının çıxışlarında fəaliyyət göstərir. Məqsəd bayramqabağı əhalinin artan tələbatını lazımınca ödəmək, seçim imkanlarını çoxaltmaq və süni qiymət artımının qarşısını almaqdır.