Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ KXDR-ə qarşı yeni sanksiyalar tətbiq etdi

07 Mart 2018
ABŞ Dövlət Departamenti Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq etmişdir. Pxenyan KXDR lideri Kim Çen İnin qardaşı Kim Çen Namın ötən ilin fevralında Malayziyanın paytaxtında zəhərli VX maddəsi vasitəsilə öldürülməsində ittiham olunur. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Dövlət Departamentinin məlumatında deyilir ki, ABŞ qətl üçün kimyəvi silahdan istifadə olunmasını qətiyyətlə pisləyir. Vaşinqton Kim Çen Namın öldürülməsi üçün Şimali Koreya hökumətinin VX maddəsindən istifadə etdiyini müəyyənləşdirmişdir. Həmin zəhərli maddə kimyəvi silah növünə aiddir.

Dövlət Departamenti vurğulamışdır ki, ABŞ KXDR-ə kütləvi qırğın silahlarının heç bir növünün istehsalı və ondan istifadə olunmasına imkan vermək niyyətində deyil.