Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aralıq dənizində 160-dan çox miqrant xilas edildi

07 Mart 2018
Aralıq dənizində miqrantların gəmisinin qəzaya uğraması nəticəsində 20 nəfərdən çox adam itkin düşmüşdür. 160 nəfəri xilas etmək mümkün olmuşdur. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) nümayəndəsi Flavio di Cakomo məlumat vermişdir.

Cakomonun dediyinə görə, 21 miqrant, o cümlədən 4 qadın və 17 kişi Aralıq dənizində itkin düşmüşdür. Onların hamısı Qərbi Afrikadandır.

Bundan əlavə, srağagün Liviyanın sahil mühafizəsi Aralıq dənizində başqa bir gəmidəki 130-dan çox miqrantı xilas etmişdir.

IOM-un məlumatına görə, ötən il dənizlə Avropaya 171 min nəfər gəlmişdir. 3116 nəfər dənizdə batmışdır. Ən çox qaçqını İtaliya qəbul etmişdir - 119310 nəfər.

Statistik məlumata əsasən, keçən il miqrant axını iki dəfədən çox azalmışdır. Belə ki, 2016-cı ildə Aralıq dənizi ilə Avropa ölkələrinə gəlmiş qaçqınların sayı 363504 nəfər idi. 5143 nəfər həlak olmuşdur.