Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

07 Mart 2018
Martın 7-də Bakıda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub. Rüstəm Rəhimov göstərilən diqqətə görə, minnətdarlığını bildirib, müəllifi olduğu “Bu mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.

İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra Zeynal Zeylanovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması, Müzəffər Qasımov, Gündüz Cəfərova AFFA-nın xüsusi, Vaqif Davudov, Nadir Qasımov, İsmayıl Hüseynov və

Ağarza Rzayevə təqaüdün verilməsi barədə qərar qəbul olunub.

Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzv seçilib. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə edilib və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflərin təqdim olunması qərara alınıb.

İclasda futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.

Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.