Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı məktəblisi beynəlxalq turnirdə erməni idmançılar üzərində qələbə qazanıb

07 Mart 2018
Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 232 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.

Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında iki erməni idmançı da olub.

F.İdrisov medal və diplomla təltif olunub.

Yeddi ildir ki, kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərdə iştirak edib. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.