Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Slavyan Universiteti ilə Belarus Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

06 Mart 2018
 

Bakı Slavyan Universiteti (BSU) ilə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi BSU-nun rektoru, professor Nurlana Əliyeva və BDPU-nun rektoru Aleksandr Juk imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə təhsil, elmi-tədqiqat, məlumat mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər.