Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Belarus Təhsil Günləri Bakı Slavyan Universitetində davam etdirilib

06 Mart 2018
Martın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanda Belarus Təhsil Günləri çərçivəsində “Azərbaycan və Belarus ali təhsilinin beynəlmiləlləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə BSU-nun foyesində Azərbaycanın milli adət-ənənələrinə uyğun, duz-çörəklə qarşılanan qonaqlar tələbələrin hazırladıqları konsert proqramına baxıblar.

Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyət mərkəzi ilə tanış olublar.

Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağı ilə Belarus universitetləri arasındakı əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə məlumat verib. Azərbaycan-Belarus əlaqələrinin tarixinə toxunan rektor hər iki ölkənin daim qarşılıqlı etimad və ehtirama əsaslanan əməkdaşlığı barədə tarixi faktları diqqətə çatdırıb.

Tədbir çıxışlarla davam edib.