Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Moskvada ikinci olub

05 Mart 2018
 

Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin rapid yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5 xalla turniri ikinci pillədə başa vurub. Hesabında 6 xal olan hindistanlı zəka sahibi Vişvanatan Anand turnirin qalibi olub. Rusiyalı şahmatçı Sergey Karyakin (5 xal) yarışı üçüncü yerdə tamamlayıb.

Turnirə martın 5-də keçiriləcək blits yarışları ilə yekun vurulacaq.