Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tərtərdə Böyük Vətən müharibəsi veteranları tibbi müayinədən keçirilib

05 Mart 2018
 

Tərtər rayonunda Böyük Vətən müharibəsi veteranları daim diqqətdə saxlanılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının nümayəndələri Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların problemləri ilə maraqlanıblar.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının nervpatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman peraparatları ilə təmin edilib. Veteranlar göstərilən qayğıya görə minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Böyük Vətən müharibəsində 2417 tərtərli alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 1079 nəfəri həlak olub. Hazırda rayonda dörd nəfər Böyük Vətən müharibəsi veteranı var.