Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Körpü yenidən tikildi

04 Mart 2018
 

Yol çəkmək, körpü salmaq əzəldən xeyirxahlıq sayılır. Artıq neçə illərdir ki, bu iş ölkəmizdə dövlət səviyyəsində həyata keçirilir. Özü də indi salınan yolların, tikilən körpülərin ömrü daha uzun olur...

Ötən ilin oktyabr ayında Lənkəran rayonunun Əşlə kəndindəki körpünü sel suları yuyub dağıtmışdı. Həmin körpüdən rayonun Mollakənd, Siyobili və Rvo sakinləri də istifadə edirdilər. Bu körpü onların Lənkəran-Lerik avtomobil yoluna çıxışını da təmin edirdi. Bu yaxınlarda onun əvəzinə uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı, üçaşırımlı körpü salındı. Tikinti işləri aparılarkən bütün cəhətlər nəzərə alındı. Körpünün altından su məcrasında beton bünövrə töküldü. Bünövrəyə əlavə dəmir borular qoyulub bərkidildi. Bu da bünövrəni sel daşqınlarından daha etibarlı qoruyacaq.

Bu yaxınlarda körpünün açılışı da təntənəli keçdi. Mərasimdə iştirak edən rayon rəhbərləri, kənd sakinləri körpüsalanlara minnətdarlıqlarını bildirib rayonda həyata keçirilən irimiqyaslı layihələrdən, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün qarşıda duran vacib məsələlərdən danışdılar.    

                                    

Ağaddin BABAYEV,

Lənkəran rayon sakini