Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əli düşərli, sözü bütöv

04 Mart 2018
 

Hazırda ağac əkininin yaxşı vaxtıdır. Çox adam bu işi Novruz bayramına kimi görməyə çalışır. Hamı da istəyir ki, bağ-bağatında dadlı meyvələr yetişdirsin. Bu da təbiidir. Axı bağ-bağatı olmayanlar belə bazar-dükandan daha dadlı, daha keyfiyyətli məhsul almaq istəyirlər. Bu isə ilk növbədə bağbanlardan asılıdır.

Bağban Sakit Orucov Tərtər şəhərindəndir. Demək olar ki, hər il ondan müxtəlif meyvə ağaclarının tinglərini alıb həyətyanı sahəmdə əkirəm. Onun əli də yüngüldür, sözü də bütövdür. Üç-dörd il əvvəl ondan aldığım tinglər keçən ildən bara düşüb. Meyvələrinin dadına, ləzzətinə də söz ola bilməz. Tərtərli bağban, əvvəlki illərdəki kimi, yenə dekabr ayından Salyanda bu işlə məşğuldur. Salyanlıların çoxu, demək olar ki, Sakiti tanıyır və ona hörmət edir. Alma, armud, şaftalı, gilas, ərik, göyçə tinglərinin hərəsini 2-2,5 manata satır. Deyir ki, Tərtər şəhərində 15 sot torpaq sahəsi var. Həmin sahə tinglikdən ibarətdir. Hər il orada 1500-ə yaxın ting yetişdirir. Satdığı tinglər göz calağı vurulmaqla əmələ gəlir və bağlara köçürüləndən sonra bol məhsul verir. Meyvələri süfrələri bəzəməklə yanaşı, onu əkib-becərənlərin çoxuna yaxşı qazanc gətirir.

 

Valeh RZAYEV,

Salyan rayonu,

Xələc kənd sakini