Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bütün məktəb sevindi

04 Mart 2018
 

Rayonumuzda istedadlı uşaqlardan söz düşəndə adı çəkilənlərdən biri İradə Bayramovadır. O, Qusar rayon 2 saylı tam orta məktəbin 7-ci sinfində oxuyur.

İradə Təhsil Nazirliyinin elektron resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, internetdən istifadənin yeni üsullarını qavramaq və informasiya texnologiyalarını səmərəli öyrənmək məqsədilə bu yaxınlarda keçirdiyi “Elektron təhsil” müsabiqəsindən qalib qayıdıb. Onun bu qələbəsi məktəb kollektivini sevindirib. Heç də asan olmayan həmin müsabiqədə bütün bölgələrdən şagird və müəllimlər iştirak edirdi. Üç istiqamət və 6 nominasiya üzrə müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyən edilib. Qalib adını qazananlar sırasında, qeyd etdiyimiz kimi, İradə Bayramova da olub. Bu uğuruna görə ona diplom, noutbuk, planşet və digər mükafatlar verilib.

Bu, “AzEduNeT”, “Ultra”, “Təhsildə innovativ texnologiyalar”, “Edumedia Azərbaycan”  və “Nar” operatoru tərəfindən dəstəklənən müsabiqənin qalibi olan İradə Bayramovanın ilk uğuru deyil. Əvvəlki illərdə keçirilən bir neçə olimpiadada da yüksək yer tutub. Müsabiqədən qayıtdıqdan sonra İradə rayon məktəblərində görüşlər keçirib, əldə etdiyi uğur sevincini yaşıdları ilə bölüşüb.

 

V.SEVZİXANOV,

Qusar