Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndi şərait də yaxşıdır, davamiyyət də

04 Mart 2018
 

Təhsilin bünövrəsinin məktəbdə qoyulduğunu hamı bilir. Hamı onu da bilir ki, Azərbaycan dövləti uşaqların yaxşı oxumaları, gənc nəslin biliklərə dərindən yiyələnmələri, ölkəmizin layiqli vətəndaşları olmaları üçün nə lazımdırsa edir.

Bu məqsədlə hər il təhsilə, o cümlədən məktəb tikintisinə xeyli vəsait ayrılır. Təkcə onu deyə bilərəm ki, son 12 ildə  bizim Oğuz rayonunda 20 yeni ümumtəhsil məktəbi tikilmiş, 2-si əsaslı şəkildə təmir olunmuşdur.  

Bizim Qarabaldır kənd məktəbi də uzun illər idi ki, şəraiti yaxşı olmayan binada yerləşirdi. Yeni dərs ilində burada modul tipli yeni məktəb tikilib istifadəyə verildi. Geniş və işıqlı otaqları təzə avadanlıqla təchiz edildi, istilik sistemi quraşdırıldı. Bu yeniliyə müəllimlər də, uşaqlar da, valideynlər də çox sevindilər. Niyə də sevinməyəydilər?! Axı təhsilin keyfiyyəti şəraitdən çox asılıdır. Belədə müəllimlər də öz peşə borclarını daha məsuliyyətlə yerinə yetirir, şagirdlərə bilikləri daha dərindən aşılamağa çalışırlar. Digər tərəfdən, şəraiti yaxşı olan məktəbdə istedadlı uşaqları üzə çıxarmaq, onlara düzgün istiqamət vermək də asan olur. İndi müəllimlər deyirlər ki, məktəb istifadəyə veriləndən sonra həm şagirdlərin davamiyyəti yaxşıdır, həm də onlar daha yaxşı oxumaq, daha yaxşı öyrənmək həvəsinə düşüblər.

 

Polad SULTANOV,

Oğuz rayonu, Qarabaldır kənd sakini