Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Seyrçi mövqe tutmayaq

04 Mart 2018
 

Siqaretin insan sağlamlığı üçün təhlükəli olduğu barədə çox yazılıb, çox deyilib. Bunu istehsalçıların özləri də etiraf edirlər.

Ancaq bütün bunlara baxmayaraq, yenə də tüstülədirlər: evdə, çayxanada, xeyir-şər məclislərində, nəqliyyat vasitələrində, mədəniyyət müəssisələrində... Bu isə ətrafdakıların da nikotinlə zəhərlənməsinə səbəb olur.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ictimai yerlərdə, yəni cəmiyyət içərisində siqaret çəkilməsinə qadağa qoyulub və bunun üçün cərimə də müəyyənləşdirilib. İndi bəzi ictimai obyektlərdə “Siqaret çəkən 30 manat cərimələnəcək!” xəbərdarlığına rast gəlmək olar. Lakin çəkirlər və heç kim də onlara gözün üstə qaşın var demir. Qalır hər şey siqaret çəkənin özünə və ictimaiyyətin qınağına.

Gəlin bu məsələdə seyrci mövqe tutmayaq. Axı dünyanın heç bir ölkəsində ictimai yerlərdə siqaret çəkənlərə yaxşı baxmırlar. Ölkəmizə gəlib-gedən saysız-hesabsız insanlar - istər yüksək rütbəli qonaqlar, jurnalistlər, idmançılar, turistlər, istərsə də hətta bizi gözü götürməyənlər də Azərbaycanda aparılan quruculuq işlərinə, xalqımızın qonaqpərvərliyinə heyran qalır, bir gələn bir də gəlmək istəyir. Gəlin bu deyilənlərə bir çalar da qataq: siqaretə hamılıqla “yox” deyək.

 

Elbrus MƏMMƏDOV,

Bərdə rayonu, Gərənə kənd sakini