Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

7777

04 Mart 2018
 

Bu gün rəsmi dövlət qəzeti “Azərbaycan”ın 7777-ci nömrəsi işıq üzü gördü. Qəzet 1918-si ilin 15 sentyabrında Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı kimi fəaliyyətə başlayıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə qəzetin 443 nömrəsi dərc edilib. 1920-ci ildə cümhuriyyətin süqutu ilə “Azərbaycan” qəzetinin fəaliyyəti də dayanıb. Yalnız 72 ildən sonra - 1992-ci il sentyabrın 23-də müstəqil Azərbaycan Respublikasının Ali Sovetinin orqanı kimi yenidən fəaliyyətə başladı. Həmin tarixdən “Azərbaycan” qəzeti 444-cü nömrəsi ilə dərc edildi.

“Azərbaycan” qəzetinin 7777 nömrəsi sırasında cümhuriyyət dövrünün 443 nömrəsi də yer alıb. Müstəqilliyimizin atributu kimi bu gün “Azərbaycan” qəzeti Azərbaycan Respublikasının uğurlarını dolğun, ətraflı şəkildə işıqlandırır, dövlətçiliyə ləyaqətlə xidmət edir.