Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qobustan: kütləvi tibbi müayinədən keçən 17 nəfər ixtisaslaşdırılmış klinikalara göndərilib

01 Mart 2018
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün bölgələrində, o cümlədən Qobustan rayonunda əhalinin ödənişsiz kütləvi tibbi müayinəsi davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi müayinələr əvvəlcədən tərtib olunan qrafik əsasında rayon mərkəzi xəstəxanasında, Təklə və Sündü kənd sahə xəstəxanalarında aparılır. İndiyədək 3923 nəfər müayinədən keçib. Onlardan 217 nəfəri ambulator, 18 nəfəri stasionar müalicəyə cəlb edilib. 17 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılmış klinikalara göndərilib. Artıq rayonun bir yaşayış məntəqəsində - Təklə kəndində bu humanist aksiya başa çatıb.

Qeyd edək ki, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan xüsusi komissiya əhali arasında geniş təbliğat və məlumatlandırma işləri aparır, aksiyanın müvəffəqiyyətlə keçirilməsi üçün lazımi tədbirlər görür. Aksiya çərçivəsində rayon üzrə 25 min nəfərdən artıq sakin tibbi müayinədən keçiriləcək.