Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin gənclər və idman komitəsində Azərbaycan Skautlar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

27 Fevral 2018
Fevralın 27-də Milli Məclisin gənclər və idman komitəsində Azərbaycan Skautlar Assosiasiyasının prezidenti Emin Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Fuad Muradov qonaqlara ölkəmizdə gənclər siyasəti ilə bağlı həyata keçirilən tədbirlər, gənclərin asudə vaxtlarının təşkili sahəsində görülən işlər barədə danışıb. O, ötən il Azərbaycanda keçirilən 41-ci Skaut konfransının əhəmiyyətindən, gənclərin həyatında, onların vətənpərvərlik hisslərinin dərinləşməsində bu platformanın rolundan, hərəkatda öyrədilən təlimlərin əhəmiyyətindən söz açıb, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Azərbaycan Skautlar Assosiasiyasının prezidenti Emin Babayev artıq 3 gündür assosiasiya üzvlərinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar yürüşə başladıqlarını bildirib. Qeyd olunub ki, yürüş çərçivəsində müxtəlif hərbi hissələr ziyarət edilib, əsgərlərlə görüşlər keçirilib, Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkilib.

Türkiyə İşçi Federasiyasının prezidenti Hasan Dinçer Subaşı bu il İslam-Qafqaz Ordusunun Bakıya gəlişinin 100 illiyi münasibətilə planlaşdırılan tədbirlərdən danışıb.

Görüşdə Milli Məclisin deputatları Ülvi Quliyev, Mahir Abbaszadə, Elşad Həsənov, Dünya Skaut Hərəkatı Təşkilatının üzvləri İlyas İsmayıllı, Ramazan Kartal, Tuncay Alkiraz, Nuri Karslı iştirak ediblər.