Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncədə Yeni qəsəbə-2 yaşayış massivində yaşayan məcburi köçkün ailələrinin müayinəsi aparılıb

26 Fevral 2018
Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində şəhərdə yenı salınan Yeni qəsəbə-2-də yaşayan əsasən Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbə əhalisinın tibbi müayinələri aparılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tibbi profilaktik baxış zamanı müxtəlif avadanlıq istifadə olunub. Səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinəyə, elektrokardioqrafik və laborator analizlərin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomatoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edilıb.

Gəncə şəhər Səhiyyə İdarəsindən alınan məlumata görə, 1067 nəfərdən çox qəsəbə sakini müayinə edilib. Aksiya zamanı 647 səyyar rentgenoflüoroqrafik, 114 elektrokardioqrafik, 98 ultrasəs və 238 laborator müayinə aparılıb. Qəsəbə sakinlərindən 6 nəfəri evində konsilium edilib, 98 nəfərə ambulator müalicə təyin olunub, 14 nəfərə stasionar müayinə və müalicə üçün Gəncə şəhərində səhiyyə müəssisələrinə üz tutması məsləhət görülüb.