Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Amerikalı alimlər insan gözünün bənzərini yaradıblar

26 Fevral 2018
 

ABŞ-ın Harvard Universitetinin nəzdində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) alimləri elektron qaydada idarə edilən süni göz yaradıblar.

AZƏRTAC ria.ru saytına istinadla xəbər verir ki, kvadrat metalinza, polimer və elektrodlardan hazırlanan süni əzələlərdən yaradılmış süni göz insan gözünün iş prinsipinə əsasən işləyir. İnsan gözündə olduğu kimi, fokus linzanın sıxılması və gərilməsi üzrə nizamlanaraq ətrafdakı obyektləri fərqləndirir. Süni göz astiqmatizm kimi gözün optik sisteminin qüsurlarını düzəltmək bacarığına malikdir.

Alimlərin sözlərinə görə, bu ixtira yalnız oftalmologiya sahəsində deyil, həm də mikroskop və virtual reallıq eynəklərində də tətbiq edilə bilər.