Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi

20 Fevral 2018
 

Barama İnnovasiya və Sahibkalıq Mərkəzi, “Azercell”  və  PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünün inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans - “Science via Media” layihəsi uğurla tamamlanmış və qaliblərə mükafatlar təqdim edilmişdir. Qaliblərin məyyən edilməsi Youtube  kanalı və münsiflər tərəfindən verilən ballar əsasında baş tutub.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov və Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova tədbirdə  çıxış edərək “Science via Media”nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsilə həm müsabiqədə iştirak edəcək  gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd etmişlər.

Həmçinin 19 fevral 2018-ci il tarixində Bakı Dövlət Universitetində baş tutan bağlanış mərasimində “Technote” startupunun rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, videobloger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə də rellaşıb. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.

“Science via Media” müsabiqəsində 1-ci yeri Nigar Abbasova və Vüsalə Hacıyeva “X (Məchul)” adlı çarxla, 2-ci yeri Ayna Zərbəliyeva və Çiçək Məmmədova “Genetik Yaddaş” çarxı ilə və 3-cü yeri Nurlan Salamov “Klonlama”  mövzusunda hazırladığı video-çarxla qazandılar.

Qeyd edək ki,  “Science via Media” layihəsi yarış formatında baş tutmuş və layihə elmi  izahların media dilində topluma çatdırılması ilə  gənclərin elmə, təhsilə, özünüinkişafa olan maraqlarını artırmağı hədəfləyərək 5 mövzuda gənclərdən iştirakçı qismində videolar qəbul etmişdir.

 

“Azərbaycan”